Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 SSRİ Xalq artisti Arif Məlikovun anadan olmasının  90 illik yubileyinə həsr olunmuş musiqili ədəbi gecə keçirilib

13.09.2023

13 sentyabr 2023-cü il tarixində Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Telman Hacıyev adına 2 N-li Uşaq Musiqi Məktəbində SSRİ Xalq artisti Arif Məlikovun anadan olmasının  90 illik yubileyinə həsr olunmuş musiqili ədəbi gecə keçirilib.

Tədbirdə valideynlər, müəllimlər və şagirdlərin iştirak etdikləri tədbiri şagird-aparıcı açaraq Arif Məlikovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.Məktəbin şagirdləri Arif Məlikovun müxtəlif ifalarını səsləndiriblər.Məktəblilərin çıxışları qonaqlarda xoş təəssürat oyadıb.

Ədəbi-bədii gecəni yekunlaşdıran Musiqi məktəbin direktoru  şagirdlərin öz müəllimlərinin rəhbərliyi altında hazırlanmış ssenarini yüksək məharətlə təqdim etdiklərini bildirib və onlara təşəkkür edib.                              

 

50.1 KB

 

164.6 KB